AZ

Mirzoyan bu erməni diplomatları "fərari" adlandırdı

Ermənistanın xarici işlər naziri sərhədlərin delimitasiyası prosesini qeyri-qanuni hesab edən və "Vətən naminə Tavuş" hərəkatına qoşulan diplomatları "fərari" adlandırıb. 

"Unikal" xəbər verir ki, bu barədə Ararat Mirzoyan ATƏT sədri ilə keçirdiyi birgə mətbuat konfransında bildirib. 

"Mümkün qədər çalışıram ki, hansısa daxili siyasi proseslərə qarışmayım, amma siyasi komandanın üzvüyəm və siyasi mövqe tuturam. Adını çəkdiyiniz təcrübəli diplomatlar yəqin ki, öz postunu tərk etmiş fərarilərdir, onlar Ermənistan Respublikasının suveren ərazisinə hərbi təcavüz baş verən günlərdə öz mövqelərini, onlara təyin edilmiş səngəri tərk ediblər", - Mirzoyan qeyd edib.

O, vurğulayıb ki, bundan sonra həmin şəxslərdə və onların mövqelərində heç bir ciddilik ola bilməz. Mirzoyanın fikrincə, bu, ən yumşaq qiymətləndirmədir və reallıq daha pisdir.

Qeyd edək ki, həmin diplomatlar arasında keçmiş xarici işlər naziri Ara Ayvazyan və keçmiş nazir müavini Avet Adonts da var.

Ağarza Elçinoğlu 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
50
unikal.az

10Mənbələr