AZ

Azərbaycanda güclü zəlzələ gözlənilir? - Xidmət direktorundan AÇIQLAMA

Azərbaycanda

Lənkərandakı zəlzələdən sonra bir sıra xırda təkanlar qeydə alınıb.

Trend verir ki, bu fikirləri AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli media nümayəndələrinə açıqlaması zamanı deyib.

O qeyd edib ki, baş verən zəlzələ Qarabağda da hiss olunub. Amma ciddi dağıntı qeydə alınmayıb.
“Əhali narahat olmasın. Güclü zəlzələ gözlənilmir”, - deyə o qeyd edib.

Qeyd edək ki, mayın 11-də Lənkəranda 5,3 bal gücündə zəlzələ olub. Ocağı 20 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 6 bala yaxın, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Astara, Neftçala, Masallı, Biləsuvar, Saatlı, Salyan, Beyləqan, İmişli, Füzuli və digər rayonlarda 5-3 bala qədər hiss olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
182
3
xalqcebhesi.az

4Mənbələr