Bakı. Trend:
Lənkərandakı zəlzələdən sonra bir sıra xırda təkanlar qeydəalınıb.
Trend verir ki, bu fikirləri AMEA nəzdində Respublika SeysmolojiXidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli medianümayəndələrinə açıqlaması zamanı deyib.
O qeyd edib ki, baş verən zəlzələ Qarabağda da hiss olunub. Ammaciddi dağıntı qeydə alınmayıb.
“Əhali narahat olmasın. Güclü zəlzələ gözlənilmir”, - deyə o qeydedib.
Qeyd edək ki, mayın 11-də Lənkəranda 5,3 bal gücündə zəlzələolub. Ocağı 20 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 6bala yaxın, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Astara, Neftçala,Masallı, Biləsuvar, Saatlı, Salyan, Beyləqan, İmişli, Füzuli vədigər rayonlarda 5-3 bala qədər hiss olunub.