AZ

"Rəqəmsal cihazlar şagirdlərin fikirlərini yayındırır"

"Rəqəmsal cihazlar şagirdlərin fikirlərini yayındırır".

Tehsil.biz xəbər verir ki, bunu İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş katibi Salim bin Məhəmməd əl-Malik Bakıda keçirilən PISA üzrə II ICESCO Nazirlər Konfransının açılış mərasimində deyib.

O bildirib ki, bunu aparılan təhlillər də göstərir:

"15 yaşlı şagirdlərin təxminən 60 %-ə qədəri qiymətləndirmə prosesində aşağı məhsuldarlıq nümayiş etdirir və buna xüsusi diqqət edilməsi mütləqdir. PISA qiymətləndirilməsi hər zaman önəmli alət olaraq qalır".

Salim bin Məhəmməd əl-Malik qeyd edib ki, təhsil sistemində süni intellekt və rəqəmsal texnologiyanın tətbiqi önəmlidir:

"İştirakçı üzv ölkələr öz aspektləri üzrə töhfələrini verməlidirlər. Təhsilin qiymətləndirilməsi üzrə ekspertlər qrupunun yaradılması mühümdür. ICESCO şagirdlərin biliyinin inkişaf və təkmilləşdirilməsi üçün öhdəlik götürüb. Bu sahədə işin davamlı və əlçatanlığı üçün maliyyə dəstəyi və resursların artırılması üçün əməkdaşlığa daim hazırıq".

Kənan Nağıbəyli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
240
1
tehsil.biz

10Mənbələr