AZ

Baş katib: ICESCO üzv ölkələrdə elmi-tədqiqat təcrübəsinin inkişafına sərmayə yatırmağa çalışır » AzadMedia.az


 
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) üzv ölkələrdə elmi-tədqiqat təcrübəsinin inkişafına sərmayə yatırmağa çalışır.

Bunu ICESCO-nun Baş katibi Salim bin Məhəmməd əl-Malik Bakıda keçirilən PISA üzrə II ICESCO Nazirlər Konfransının açılış mərasimində deyib.

Onun sözlərinə görə, bu konfrans 2022-ci il noyabrın 9-da ICESCO-nun mənzil-qərargahında keçirilən birinci konfransın uğuruna əsaslandığı üçün böyük əhəmiyyət kəsb edir:

“Bu konfrans bizim müxtəlif qlobal mühitimizdə təhsilin keyfiyyətini yaxşılaşdırmaq üçün sarsılmaz öhdəliyimizin sübutudur”.

Baş katib qeyd edib ki, konfrans iştirakçıları IV Dayanıqlı İnkişaf Məqsədində müəyyən edilmiş məqsədlərə nail olmağı hədəfləyir:

“Bu, inklüziv və bərabər keyfiyyətli təhsili təmin etmək və hər kəs üçün təhsil imkanlarını təşviq etmək deməkdir”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
194
3
azadmedia.az

10Mənbələr