AZ

Keşiş Ermənistanı dağıdır: İrəvanın mərkəzində vətəndaş itaətsizliyi aksiyası başladı

Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə İrəvanın mərkəzində vətəndaş itaətsizliyi aksiyası başlayıb.

Publika.az xəbər verir ki, aksiya iştirakçıları Abovyan küçəsini zibil qutuları və skamyalarla bağlayıblar. Bir gün əvvəl keçirilən mitinqdə o, “yalan və şərlə razılaşmadığını bildirərək bütün şəhəri və Ermənistanın müxtəlif rayonlarını iflic etmək üçün total tətillərə” çağırıb.

“Bu günlərdə bir çox insan bizə qoşulub. Əminəm ki, etimadsızlıq səsverməsi prosesi və baş nazirliyə namizədlə bağlı planlarımız konkretləşəndə ​​burada bir neçə yüz min nəfər olacağıq”, - Baqrat deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
191
30
publika.az

10Mənbələr