AZ

Ötən il Çexiyanın müdafiə xərcləri ÜDM-in 1,37%-ni təşkil edib

2023-cü ildə Çexiyanın müdafiə xərcləri ÜDM-in 1,37%-ni təşkil edib ki, bu da təxminən 101 milyard krondur (təxminən 4,8 milyard ABŞ dolları).

“Report” xəbər verir ki, bu barədə “ČTK” agentliyi ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, keçən il müdafiə xərcləri gözləniləndən təxminən 10 milyard kron az təşkil edib. Nəticədə istifadə olunmamış vəsaitlər cari büdcəyə daxil olub və beləliklə, 2024-cü ildə müdafiə xərcləri ÜDM-in 2%-nə qədər artmalıdır.

NATO-ya üzv ölkələrin liderləri 2014-cü ildə razılaşıblar ki, 2024-cü ildə təşkilatın hər bir ölkəsində müdafiə xərcləri ÜDM-in ən azı 2%-nə çatmalıdır. Çexiya bu öhdəliyi 2024-cü ildə yerinə yetirmək niyyətindədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
30
report.az

10Mənbələr