AZ

Türkiyənin hərbi xərcləri artıb

Türkiyənin 2023-cü ildə hərbi xərcləri keçən ilin eyni dövrü ilə müqayisədə 37 faiz artıb. Bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) öz hesabatında məlumat yayıb.
Ölkənin hərbi xərcləri 2022-ci ilki 10,6 milyard dollardan 15,8 milyard dollara (513,67 milyard TL) çatıb. 
Hesabata görə, Türkiyə keçən il ümumi daxili məhsulunun (ÜDM) 1,5 faizini hərbiyə xərcləyib. SIPRI-nin məlumatına görə, 2023-cü ildə qlobal hərbi xərclərin təxminən 0,6 faizi Türkiyənin payına düşüb.
 
Rizvan FİKRƏTOĞLU
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
30
xalqqazeti.az

10Mənbələr