AZ

Arıqladır, gözəlləşdirir – Alçanın inanılmaz faydaları

Artıq alça mövsümüdür. Bir çox insanın sevimli meyvəsi olan alça sağlamlığa faydaları ilə də diqqət çəkir.

Viral.az xəbər verir ki, Medicina.az alçanın faydalarını araşdırıb:

Alça tərkibindəki vitamin və minerallar sayəsində əsl şəfa mənbəyidir. Bu meyvənin tərkibində A, C, K, E, B6 vitaminləri; kalium, kalsium, maqnezium, fosfor mineralları; beta-karoten, lutein və zeaksantin kimi antioksidant birləşmələr var.

– C vitamini ilə zəngin olan alça antioksidant təsir göstərir. İmmunitet sistemini gücləndirir.

– Ürək sağlamlığını qoruyur. Tərkibindəki kalium ilə ürək əzələlərinin işini tənzimləyir. Təzyiqi aşağı salır. Tərkibindəki lif sayəsində LDL xolesterinini azaldır. Ehtiva etdiyi C vitamini isə zədələnmiş damarların təmirini sürətləndirir.

– Çoxlu lif ehtiva edir. Buna görə də həzm sisteminin sağlamlığını qoruyur. Bağırsaqlar üçün yararlıdır. Qəbizliyin qarşısını alır.

– Tərkibindəki fitokimyəvi maddələr iltihabı azaldır.

– Toxluq hissi verərək arıqladır. Kalorisi çox azdır.

– Dəmir çatışmazlığının qarşısını alır.

– Sümük sağlamlığı üçün vacibdir.

– Qan şəkərini tənzimləyir.

– Alça gözəlləşmək istəyənlərn də bir nömrəli seçimi olmalıdır. Çünki tərkibindəki antioksidantlar dərinin zədələnməsinə səbəb olan sərbəst radikallarla mübarizə aparır. Ehtiva etdiyi C vitamini kollagen istehsalını dəstəkləyərək dərinin elastikliyini qoruyur. Qırışların əmələ gəlməsinin qarşısı alınır, qocalma gecikir. Hüceyrələrin özünü yeniləmə prosesini sürətləndirir. Tərkibindəki E vitamini də dəri gözəlliyi üçün vacibdir.

Ancaq ekspertlər xəbərdarlıq edirlər ki, alçanın bütün bu faydalarından yararlanmaq üçün onu duzsuz yemək lazımdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
7
viral.az

7Mənbələr