AZ

Arıqladır, gözəlləşdirir - Alçanın inanılmaz faydaları

Tarix: 12 May 2024 21:00

Artıq alça mövsümüdür. Bir çox insanın sevimli meyvəsi olan alça sağlamlığa faydaları ilə də diqqət çəkir.
Milli.Az xəbər verir ki, medicina.az alçanın faydalarını araşdırıb:
Alça tərkibindəki vitamin və minerallar sayəsində əsl şəfa mənbəyidir. Bu meyvənin tərkibində A, C, K, E, B6 vitaminləri; kalium, kalsium, maqnezium, fosfor mineralları; beta-karoten, lutein və zeaksantin kimi antioksidant birləşmələr var.
- C vitamini ilə zəngin olan alça antioksidant təsir göstərir. İmmunitet sistemini gücləndirir.
- Ürək sağlamlığını qoruyur. Tərkibindəki kalium ilə ürək əzələlərinin işini tənzimləyir. Təzyiqi aşağı salır. Tərkibindəki lif sayəsində LDL xolesterinini azaldır. Ehtiva etdiyi C vitamini isə zədələnmiş damarların təmirini sürətləndirir.
- Çoxlu lif ehtiva edir. Buna görə də həzm sisteminin sağlamlığını qoruyur. Bağırsaqlar üçün yararlıdır. Qəbizliyin qarşısını alır.
- Tərkibindəki fitokimyəvi maddələr iltihabı azaldır.
- Toxluq hissi verərək arıqladır. Kalorisi çox azdır.



- Dəmir çatışmazlığının qarşısını alır.
- Sümük sağlamlığı üçün vacibdir.
- Qan şəkərini tənzimləyir.
- Alça gözəlləşmək istəyənlərn də bir nömrəli seçimi olmalıdır. Çünki tərkibindəki antioksidantlar dərinin zədələnməsinə səbəb olan sərbəst radikallarla mübarizə aparır. Ehtiva etdiyi C vitamini kollagen istehsalını dəstəkləyərək dərinin elastikliyini qoruyur. Qırışların əmələ gəlməsinin qarşısı alınır, qocalma gecikir. Hüceyrələrin özünü yeniləmə prosesini sürətləndirir. Tərkibindəki E vitamini də dəri gözəlliyi üçün vacibdir.
Ancaq ekspertlər xəbərdarlıq edirlər ki, alçanın bütün bu faydalarından yararlanmaq üçün onu duzsuz yemək lazımdır.
Milli.Az

Seçilən
89
7
sonxeber.net

7Mənbələr