İsrail Ordusu Qəzza sektorunun şimalındakı Cəbaliyə şəhərində yenidən hərbi əməliyyata başlayıb.

Leqal.info xəbər verir ki, bu barədə İsrail Ordusu məlumat yayıb.

İsrail Ordusu ötən ilin payızında Cəbaliyədə əməliyyat aparıb. İsrail Ordusunun yaydığı məlumatda qeyd edilib ki, HAMAS-ın Cəbaliyədə yeni hərbi infrastruktur yaratmağa çalışması məlum olub. İsrail qırıcı təyyarələri və pilotsuz uçuş aparatları vasitəsi ilə şəhərdəki 30 hədəfə zərbə endirilib. Əməliyyatdan əvvəl əhaliyə şəhərin qərbindəki sığınacaqlara getmələri barədə çağırış edilib.

Həmçinin İsrail Ordusunun Rəfah şəhərinin şərqində və Rəfah sərhəd-keçid məntəqəsi istiqamətində konkret hədəflərə yönəlik əməliyyatlar keçirdiyi, bir neçə tunel və raket qurğularının aşkarlanaraq məhv edildiyi bildirilib.

Leqal.info