AZ

İsrail Ordusu yenidən Cəbaliyə şəhərində əməliyyata başlayıb

İsrail Ordusu Qəzza sektorunun şimalındakı Cəbaliyə şəhərində yenidən hərbi əməliyyata başlayıb. 

Bu barədə İsrail Ordusu məlumat yayıb. 

İsrail Ordusu keçən ilin payızında Cəbaliyədə əməliyyat aparıb. İsrail Ordusunun yaydığı məlumatda qeyd edilib ki, HAMAS-ın Cəbaliyədə yeni hərbi infrastruktur yaratmağa çalışması məlum olub. İsrail qırıcı təyyarələri və pilotsuz uçuş aparatları vasitəsi ilə şəhərdəki 30 hədəfə zərbə endirilib. Əməliyyatdan əvvəl əhaliyə şəhərin qərbindəki sığınacaqlara getmələri barədə çağırış edilib. 

Eyni zamanda İsrail Ordusunun Rəfah şəhərinin şərqində və Rəfah sərhəd-keçid məntəqəsi istiqamətində konkret hədəflərə yönəlik əməliyyatlar keçirdiyi, bir neçə tunel və raket qurğularının aşkarlanaraq məhv edildiyi bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
238
23
azxeber.com

10Mənbələr