AZ

Premyer Liqa: "Sabah" səfərdə "Qəbələ"yə uduzub

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV turun daha bir oyunu keçirilib.

"Cebhe.info"nun məlumatına görə, günün ilk matçında çempionatda sonuncu olacağı dəqiqləşən "Qəbələ" "Sabah"ı qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib -2:0. 33-cü dəqiqədə Əyyub Əllaş, 45+1-ci dəqiqədə Klesio Bauk fərqlənib.

65-ci dəqiqədə Davit Volkov birbaşa qırmızı vərəqə alaraq paytaxt təmsilçisini azlıqda qoyub.

"Qəbələ" qalibiyyət sayəsində xallarının sayını 23-ə çatdırıb. "Sabah" hələlik 52 xalla 4-cü sıradadır.

Bu gün "Sumqayıt" - "Səbail" görüşü də baş tutacaq.

Qeyd edək ki, daha əvvəl "Neftçi" "Kəpəz"i (5:1), "Turan Tovuz" "Araz-Naxçıvan"ı (1:0), "Qarabağ" "Zirə"ni (1:0) məğlub edib.

"Cebhe.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
221
11

1Mənbələr

Şərh ()
Bağla