AZ

Premyer Liqa: "Sabah" səfərdə "Qəbələ"yə uduzub

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV turun daha bir oyunu keçirilib.

 

Ednews Report-a istinadən xəbər verir ki, günün ilk matçında çempionatda sonuncu olacağı dəqiqləşən "Qəbələ" "Sabah"ı qəbul edib.

 

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib -2:0. 33-cü dəqiqədə Əyyub Əllaş, 45+1-ci dəqiqədə Klesio Bauk fərqlənib.

 

65-ci dəqiqədə Davit Volkov birbaşa qırmızı vərəqə alaraq paytaxt təmsilçisini azlıqda qoyub.

 

"Qəbələ" qalibiyyət sayəsində xallarının sayını 23-ə çatdırıb. "Sabah" hələlik 52 xalla 4-cü sıradadır.

 

Bu gün "Sumqayıt" - "Səbail" görüşü də baş tutacaq.

 

Qeyd edək ki, daha əvvəl "Neftçi" "Kəpəz"i (5:1), "Turan Tovuz" "Araz-Naxçıvan"ı (1:0), "Qarabağ" "Zirə"ni (1:0) məğlub edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
273
50
ednews.net

10Mənbələr