AZ

Türkiyədə futbolçuların uçduğu təyyarəni ildırım vurdu

Türkiyə Super Liqasında mayın 12-də səfərdə “Fənərbağça” ilə qarşılaşacaq “Kayserispor”un təyyarəsi Erkilet Hava Limanından İstanbula yola düşüb.

 

Lakin havaya qalxdıqdan az sonra Türk Hava Yolları təyyarəsini ildırım vurub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, ehtiyat tədbiri olaraq təyyarə Erkilet hava limanına qayıdıb.

 

“Kayserispor”un mətbuat sözçüsü Samet Koçun sözlərinə görə, təyyarəni iki dəfə ildırım vurub və futbolçular təşvişə düşüblər.

 

Komandanın sonradan digər təyyarə ilə İstanbula uçduğu bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
10
senzor.az

9Mənbələr