AZ

“Fənərbağça” ilə görüşə yollanan komandanın təyyarəsini ildırım vurdu

Türkiyə Super Liqasında mayın 12-də səfərdə “Fənərbağça” ilə qarşılaşacaq “Kayserispor”un təyyarəsi Erkilet Hava Limanından İstanbula yola düşüb.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, lakin havaya qalxdıqdan az sonra Türk hava Yolları təyyarəsini ildırım vurub.

Ehtiyat tədbiri olaraq təyyarə Erkilet hava limanına qayıdıb.

Kayserispor mətbuat sözçüsü Samet Koçun sözlərinə görə, təyyarəni iki dəfə ildırım vurub və futbolçular təşvişə düşüblər.

Komandanın sonradan digər təyyarə ilə İstanbula uçduğu bildirilir.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
10
yenisabah.az

9Mənbələr