AZ

Doktoranturaya elektron sənəd qəbulu davam edir

Ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesi davam edir.

Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, qəbul portal.edu.az vasitəsilə aparılır.

Həmin xidmət sayəsində Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminə qoşulmuş ali məktəblərə, elmi müəssisə və təşkilatlara doktorantura üzrə qəbul olmaq istəyənlər “Şəxsi kabinet” vasitəsilə elektron formada müraciət edə, cari status və növbəti addımları izləyə biləcəklər. Müraciətlərinə müəssisələr tərəfindən müsbət rəy verilən şəxslər xarici dil imtahanında iştirak hüququ qazanacaqlar.

Sənəd qəbulu prosesi mayın 15-i saat 18:00-da başa çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
198
49
tehsil.biz

10Mənbələr