AZ

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbulu davam edir

Doktorantura

Ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesi davam edir.

Elm və Təhsil Nazirliyindən 1news.az-a bildirilib ki, qəbul portal.edu.az vasitəsilə aparılır. Həmin xidmət sayəsində Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminə qoşulmuş ali məktəblərə, elmi müəssisə və təşkilatlara doktorantura üzrə qəbul olmaq istəyənlər “Şəxsi kabinet” vasitəsilə elektron formada müraciət edə, cari status və növbəti addımları izləyə biləcəklər. Müraciətlərinə müəssisələr tərəfindən müsbət rəy verilən şəxslər xarici dil imtahanında iştirak hüququ qazanacaqlar.

Sənəd qəbulu prosesi mayın 15-i saat 18:00-da başa çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
226
49
1news.az

10Mənbələr