AZ

“Oğlumdan eşitmədiyim sözləri eşidirəm...“ Şəbnəm Tovuzlu

Ola bilər sözüm bir çoxlarına xoş gələ bilməz. İnsanlar oradan qazanc əldə edirlər. Elə qazanc heç lazım deyil. İllər əvvəl TikTok-dan qazanc gəlirdi?".

News365.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu "Xəzər axşamı" proqramında deyib. Sənətçi oğlu Əliyə TikTok-u qadağan etdiyini, amma bununla mübarizə apara bilmədiyini söyləyib:

"TikTok bağlansa, daha gözəl olar. Uşaqlarımıza təsir edir. Əlidən eşitmədiyim sözləri eşidirəm, görmədiyim hərəkətləri görürəm. Gündə 1 saat ona telefon veririk, TikTok-u silirik. İki gün sonra baxırıq yenə TikTok-a baxır. Deyirik ki, haradan aldın bunu? Cavab verir ki, ana, özüm yüklədim".


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
5
news365.az

6Mənbələr