AZ

"Oğlumdan eşitmədiyim sözləri eşidirəm..."

"Ola bilər sözüm bir çoxlarına xoş gələ bilməz. İnsanlar oradan qazanc əldə edirlər. Elə qazanc heç lazım deyil. İllər əvvəl TikTok-dan qazanc gəlirdi?".

Musavat.com axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu "Xzər axşamı" proqramında deyib. Sənətçi oğlu Əliyə TikTok-u qadağan etdiyini, amma bununla mübarizə apara bilmədiyini söyləyib:

"TikTok bağlansa, daha gözəl olar. Uşaqlarımıza təsir edir. Əlidən eşitmədiyim sözləri eşidirəm, görmədiyim hərəkətləri görürəm. Gündə 1 saat ona telefon veririk, TikTok-u silirik. İki gün sonra baxırıq yenə TikTok-a baxır. Deyirik ki, haradan aldın bunu? Cavab verir ki, ana, özüm yüklədim".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
5
musavat.com

6Mənbələr