AZ

ABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb

Vaşinqton Ukraynaya 400 milyon dollar məbləğində əlavə hərbi yardım paketi elan edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

“Rusiya Xarkova böyük hücuma başlayarkən Birləşmiş Ştatlar cümə günü Ukraynaya 400 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayacaq”, – yazıda deyilir.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna münaqişəsinin indiki mərhələsində Kiyevin Qərb müttəfiqlərinin heç də hamısı Ukraynaya yardım göstərməklə bağlı öhdəliklərini operativ şəkildə yerinə yetirmir. Eyni zamanda, Ukrayna prezidenti münaqişədə Kiyevə kömək edən bütün Qərb liderlərinə minnətdarlığını bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
228
50

1Mənbələr

Şərh ()
Bağla