AZ

Ötən gün 82 kiloqramdan çox narkotik aşkarlanıb

Mayın 9-da polis əməkdaşları ölkə ərazisində ümumi çəkisi 82 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə "Operativ Media"ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 74 kiloqramdan artıq marixuana, 5,3 kiloqramdan çox tiryək, 2,6 kiloqrama yaxın metamfetamin olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
3
operativmedia.az

10Mənbələr