AZ

Ümumi çəkisi 6,7 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Aprelin 27-də və 28-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 6,7 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Məlumatı DİN mətbuat xidməti verib. 
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 4,2 kiloqrama yaxın tiryək, 2,3 kiloqramdan çox marixuana, heroin və metamfetamin, həmçinin 405 ədəd metadon və preqabalin həblərindən ibarət olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir. 
 
P.ƏMİRCANOV
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
198
5
xalqqazeti.az

10Mənbələr