Olaylar.az xəbər verir ki, görüşdə səfir Azərbaycanda COP29-a hazırlıqla bağlı işlər və "yaşıl enerji"yə keçid sahəsində icra edilən genişmiqyaslı layihələr barədə ətraflı məlumat verib.
J.Komşiç Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki aparılan yenidənqurma işləri ilə maraqlanıb. O, hələ ki, Azərbaycanda səfərdə olmadığını, lakin Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə görülən işləri və aparılan islahatları yaxında izlədiyini deyib.
Söhbət zamanı Azərbaycan-Bosniya və Herseqovina əlaqələrinin geniş spektri üzrə fikir mübadiləsi aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31