Paytaxtdakı iki məşhur restoran sökülür. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, bu barədə Təbriz küçəsində yerləşən “Çanaqqala” və “Şuşa” restoranlarına xəbərdarlıq olunub.
Yeni plana əsasən, iaşə obyektlərinin ərazisində yaşıllıq zonası salınacağı iddia edilir. Obyektlərə bir müddət – ilin sonuna qədər müddət verilib.
Hər iki restorana məsələ ilə bağlı müraciət etdik. Obyekt sahiblərindən biri xəbərdarlıq olunması məlumatını Avtosfer.az-a təsdiqlədi. Qeyd etdi ki, ilin sonunda fəaliyyətlərini dayandırmalı olacaqlar.
Bakı Şəhər İcra Hakimiyyəti isə məsələdən xəbərsizdir.
Fərid