RU

Bakıda iki məşhur restoran söküləcək – “Çanaqqala” və “Şuşa”nın yerində park olacaq

Paytaxtdakı iki məşhur restoran sökülür. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, bu barədə Təbriz küçəsində yerləşən “Çanaqqala” və “Şuşa” restoranlarına xəbərdarlıq olunub.

Yeni plana əsasən, iaşə obyektlərinin ərazisində yaşıllıq zonası salınacağı iddia edilir. Obyektlərə bir müddət – ilin sonuna qədər müddət verilib.

Hər iki restorana məsələ ilə bağlı müraciət etdik. Obyekt sahiblərindən biri xəbərdarlıq olunması məlumatını Avtosfer.az-a təsdiqlədi. Qeyd etdi ki, ilin sonunda fəaliyyətlərini dayandırmalı olacaqlar.

Bakı Şəhər İcra Hakimiyyəti isə məsələdən xəbərsizdir.

Fərid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
74
avtosfer.az

1Источники