AZ

Rusiya Ukraynaya KXDR raketləri atır?

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Koreya Xalq Demokratik Respublikasında (KXDR) istehsal olunmuş Rusiya raketlərinin istifadə edilib-edilməməsi barədə danışmaq istəməyib. News365.az xəbər verir ki, o Rusiya Federasiyası tərəfindən atıldığı iddia edilən KXDR raketinin qalıqlarının tədqiqi ilə bağlı Ukraynanın bəyanatlarını da şərh etməyib.

“Mən bunu şərh edə bilmərəm, çünki bu, hərbi aspektə aiddir”, - deyə Peskov müvafiq sualı cavablandırıb.

Xatırladaq ki, aprel ayında "Reuters" öz mənbələrinə istinadən bu mövzuda maraqlı xəbər yaymışdı. Qeyd edilirdi ki, BMT ekspertləri  BMT Təhlükəsizlik Şurasının sanksiyalar komitəsinə “2024-cü il yanvarın 2-də Xarkovda düşən raketin fraqmentlərinin KXDR Hvasonq-11-ə aid olduğunu iddia edən hesabat təqdim ediblər".

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
news365.az

1Mənbələr