Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Koreya Xalq Demokratik Respublikasında (KXDR) istehsal olunmuş Rusiya raketlərinin istifadə edilib-edilməməsi barədə danışmaq istəməyib. News365.az xəbər verir ki, o Rusiya Federasiyası tərəfindən atıldığı iddia edilən KXDR raketinin qalıqlarının tədqiqi ilə bağlı Ukraynanın bəyanatlarını da şərh etməyib.
“Mən bunu şərh edə bilmərəm, çünki bu, hərbi aspektə aiddir”, - deyə Peskov müvafiq sualı cavablandırıb.
Xatırladaq ki, aprel ayında "Reuters" öz mənbələrinə istinadən bu mövzuda maraqlı xəbər yaymışdı. Qeyd edilirdi ki, BMT ekspertləri BMT Təhlükəsizlik Şurasının sanksiyalar komitəsinə “2024-cü il yanvarın 2-də Xarkovda düşən raketin fraqmentlərinin KXDR Hvasonq-11-ə aid olduğunu iddia edən hesabat təqdim ediblər".
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural