AZ

Ağ Ev: Moskvadakı diplomatlara Putinin andiçmə mərasimində iştirak etməmək tapşırılıb

ABŞ-ın Moskvadakı səfirliyinin əməkdaşlarına Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməmək tapşırılıb.

Bu barədə Ağ Evin sözçüsü Karine Jan-Pyer bildirib.

“ABŞ səfirliyinə andiçmə mərasimində iştirak etməməyi tapşırıb. Bildiyiniz kimi, bu addım Rusiyanın Ukraynaya təcavüzünə etiraz əlaməti olaraq atılıb”, - deyə o bildirib.

Qeyd edək ki, mayın 7-də Vladimir Putin beşinci dəfə Rusiya prezidenti vəzifəsinin icrasına başlayıb. Yeni səlahiyyət müddəti 2030-cu ilə qədər davam edəcək. Hökumət inauqurasiyadan sonra avtomatik olaraq istefa verib.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
201
2
news365.az

10Mənbələr