Ağ Ev öz diplomatlarına Putinin andiçmə mərasimində iştirak etməməyi tapşırıb
Amerika administrasiyası ABŞ-nin Moskvadakı səfirliyinin nümayəndələrinə Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməməyi tapşırıb. Yeniavaz.com xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlər üçün keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, ABŞ bununla Ukraynada keçirilən müharibəyə etiraz edib: “Düşünürəm ki, biz özümüzü açıq şəkildə ifadə etmişik, əlavə edəcəyim heç nə yoxdur”.