AZ

"Bu mövsüm qapımıza çox penalti təyin edilib" - "Qəbələ"nin futbolçusu

style='margin-bottom:10px;'>

“Yaxşı oyun oldu. Qələbə qazandıq. Bizim üçün bu, vacib idi. Biz peşəkar futbolçuyuq. Motivasiyanın səbəbi elə budur. Son 3 oyunda dayanmadan mübarizə aparacağıq. Əlimdən gələn hər şeyi edəcəm”.

QOL.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin hücumçusu Əyyub Allaş Misli Premyer Liqasının 33-cü turunda səfərdə "Səbail"i 3:2 hesabı ilə məğlub etdikləri görüşdən sonra QOL.az saytına açıqlamasıda deyib. 

Oyunda bir qol vuran Allaş bildirib ki, o, daha çoxuna qadirdir: "Daha yaxşı oyun göstərə bilərəm. Amma əsas odur ki, biz qələbə qazandıq”. 

Matçda "Qəbələ"nin qapısına 2 penalti zərbəsi təyin edilib ki, bu da qollarla nəticələnib. Belçikalı yarımmüdafiəçi hakimin bu qərarları haqda da söz açıb: “Həmişə belə olur. Bu mövsüm ümumiyyətlə, bizim qapımıza çox penalti təyin edilib, lehimizə az. Yenə də mən futbolçuyam, o hakimdir. Oyunu o idarə edir, mən isə oynamağa davam edirəm”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
40
teleqraf.com

10Mənbələr