AZ

İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq - Ərdoğan


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın yaxın vaxtlarda İraqın şimalında və Suriyada PKK yaraqlılarına qarşı sərhədyanı əməliyyatlar keçirməyi planlaşdırdığını açıqlayıb.

Missiya.Az 
Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Ərdoğan Ankarada başçılıq etdiyi Nazirlər Kabinetinin iclasından sonra deyib.

O bildirib ki, yaxın gələcəkdə İraq və Suriyadakı əməliyyatlar nəticəsində manevr imkanları xeyli daralmış terror təşkilatına qarşı məqsədyönlü zərbə endiriləcək.

Türkiyə ilə həmsərhəd olan ölkənin şimalında təhlükəsizlik zonasının yaradılmasını başa çatdırmaq planlarından danışan Ərdoğan qeyd edib: "Müttəfiqlərimizin vədləri pozulduğu üçün Suriyada yarımçıq qalan işləri lazımi vaxt gəldiyində mütləq başa çatdıracağıq".

Zərintac Mayisqızı
Missiya.Az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
36
missiya.az

10Mənbələr