Qeyd edək ki, batareyaların tərkibində olan ağır metallar və digər zəhərli komponentlər ətraf mühit və insan sağlamlığı üçün ciddi təhlükədir. İstifadə müddəti bitmiş batareyalar ümumi tullantılarla qarışdıqda təbiətdə hava, su və torpaqla reaksiyaya girərək erroziyaya uğrayır, üst örtüyü məhv edir. Nəticədə, tərkibindəki ağır metallar torpağa və suya qarışaraq insanları və heyvanları zəhərləyir, onların həyatına təhlükə yaradır, bitki örtüyünü məhv edir.
Bu səbəbdən də "Batareyaları təhvil ver, təbiəti qoru" layihəsi ətraf mühitin mühafizəsi, insanların sağlamlığının qorunması, ekoloji tarazlığın bərpası, təkrar emalın təşviqi, tullantıların azaldılması, işlənmiş batareya tullantılarının zərərli təsirlərinin qarşısının alınması və səmərəli idarə olunması cəhətdən olduqca vacibdir.
Yapı Kredi Bank Azərbaycan ISO 14001:2015 sertifikatına sahib olan ilk bank kimi, ekoloji göstəriciləri daha da yaxşılaşdırmaq, iqlim dəyişikliyi ilə mübarizədə daha aktiv rol oynamaq və ətraf mühiti qorumaq məqsədilə tədbirlər görməkdədir. Bu, bankın əsas məqsədləri arasında yer alır və ətraf mühitə olan təsirini minimum səviyyəyə endirmək üçün ciddi addımlar atılmasını nəzərə alır. Həmçinin, bankımız dayanıqlı və sosial məsuliyyətli biznesləri bir araya toplayan Birləşmiş Millətlər Təşkilatının Qlobal (UN Global Compact) Sazişinə də qoşulub.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
4Mənbələr
-
fed.az"Yapı Kredi Bank Azərbaycan" "Batareyaları təhvil ver, təbiəti qoru" layihəsi çərçivəsində 18 kq-a yaxın batareya - TƏHVİL VERDİ ( 6163450)
-
demokrat.azYapı Kredi Bank 18 kq-a yaxın batareya təhvil verdi ( 6155560)
-
banco.azYapı Kredi Bank Azərbaycan QSC"Batareyaları təhvil ver, təbiəti qoru" layihəsi çərçivəsində 18 kq-a yaxın batareya təhvil verdi ( 6154666)
-
marja.az"Yapı Kredi Bank Azərbaycan""Batareyaları təhvil ver, təbiəti qoru" layihəsi çərçivəsində 18 kq-a yaxın batareya təhvil verdi ( 6153781)