AZ

Yapı Kredi Bank Azərbaycan QSC"Batareyaları təhvil ver, təbiəti qoru" layihəsi çərçivəsində 18 kq-a yaxın batareya təhvil verdi

"Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Qırmızı Ürəklər" fondunun birgə təşkilatçılığı ilə keçirilən "Batareyaları təhvil ver, təbiəti qoru"  layihəsinə  Yapı Kredi Bank Azərbaycan da qoşulub və işlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərini minimuma endirmək üçün Yapı Kredi Bank Azərbaycan baş ofis və filiallardan topladığı təhlükəli tullantı kateqoriyasına daxil olan 18 kq-a yaxın çəkidə işlənmiş batareyaları müvafiq qurumun əməkdaşlarına təhvil vermişdir.

Qeyd edək ki, batareyaların tərkibində olan ağır metallar və digər zəhərli komponentlər ətraf mühit və insan sağlamlığı üçün ciddi təhlükədir. İstifadə müddəti bitmiş batareyalar ümumi tullantılarla qarışdıqda təbiətdə hava, su və torpaqla reaksiyaya girərək erroziyaya uğrayır, üst örtüyü məhv edir. Nəticədə, tərkibindəki ağır metallar torpağa və suya qarışaraq insanları və heyvanları zəhərləyir, onların həyatına təhlükə yaradır, bitki örtüyünü məhv edir.

Bu səbəbdən də "Batareyaları təhvil ver, təbiəti qoru" layihəsi ətraf mühitin mühafizəsi, insanların sağlamlığının qorunması, ekoloji tarazlığın bərpası, təkrar emalın təşviqi, tullantıların azaldılması, işlənmiş batareya tullantılarının zərərli təsirlərinin qarşısının alınması və səmərəli idarə olunması cəhətdən olduqca vacibdir.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
4
banco.az

4Mənbələr