AZ

Regekampf indi də “Rapid”ə gedir

“Neftçi”nin sabiq baş məşqçisi Laurentsiu Regekampf klubları əlcək kimi dəyişməkdə davam edir.

Futbolinfo.az xəbər verir ki, rumıniyalı mütəxəssis işsiz qalan kimi adı yeni komanda ilə birgə hallanıb.

Ötən ilin yayında “Neftçi”ni tərk edən 48 yaşlı çalışdırıcı cari mövsümün gedişində artıq iki klubda işləyib. Lakin “Neftçi”də olduğu kimi, o, Rumıniyanın “Universitatya Krayova” və Səudiyyə Ərəbistanın “Əl Tai” kollektivində uğursuzluğa düçar olub.

Rumıniya mətbuatı onun ayrıldığı klubların hər birindən təzminat aldığını yazıb. İndi isə ölkəsində “Rapid” klubu Regekampfı baş məşqçi postuna təyin etməyi planlaşdırır. Rəhbərlik mövsümün sonunda yeni mütəxəssislə anlaşacaq ki, siyahıya məhz sabiq “Neftçi”li başçılıq edir.

Qeyd edək ki, “Neftçi” Laurentsiu Regekampfın rəhbərliyi altında 2022-2023 mövsümündə 3-cü yeri tutub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
2
futbolinfo.az

3Mənbələr