AZ

“Milan”ı ispaniyalı məşqçi çalışdıra bilər

“Milan” rəhbərliyi “Real”ın sabiq baş məşqçisi Xulen Lopeteqini baş məşqçi postuna əsas namizədlərdən biri hesab edir.

Msport.az xəbər verir ki, italiya klubunun nümayəndələri artıq bir neçə dəfə ispaniyalı mütəxəssislə görüşüblər. Lakin hələ ki “rossoneri” Lopeteqiyə rəsmi təklif göndərməyiblər.

“Milan” rəhbərliyi Lopeteqinin müasir futbolu bilməsini və gənclərlə işləmək həvəsini yüksək qiymətləndirirlər.

Xatırladaq ki, 57 yaşlı mütəxəssis 2018-ci ilin iyulindan oktyabrına kimi “Real”ın baş məşqçisi olub. O, 2019-2022-ci illərdə “Sevilya”nı çalışdırıb. Lopeteqinin son iş yeri 2023-cü ilin avqustunda ayrıldığı “Vulverhempton” olub.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
2
msport.az

3Mənbələr