AZ

Paşinyan Putinin andiçmə mərasimində iştirak edəcək?

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak edib-etməməsi ilə bağlı qərar hələ verilməyib.

Publika.az xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib.

“Əgər andiçmə mərasimində iştirakla bağlı qərar qəbul olunarsa, o zaman bu barədə ictimaiyyətə məlumat veriləcək. Hazırda əlavə ediləcək başqa heç nə yoxdur”, - o deyib.

Seçilən
78
29
publika.az

9Mənbələr