AZ

Rusiyanın aktivləri bunun üçün istifadə ediləcək - Kansler

Avropa Birliyi (AB) Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirin 90 faizini Kiyevin hərbi ehtiyacları üçün istifadə etməyə razılaşıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts Latviyaya səfəri zamanı keçirdiyi mətbuat konfransında bəyan edib.

"Bu, əhəmiyyətli bir məbləğdir və ildə bir neçə milyard avro təşkil edir", - kansler bildirib.

Qeyd edək ki, Ukraynada münaqişə başlayandan sonra AB və G7 ölkələri Rusiyanın təxminən 300 milyard avro dəyərində valyuta ehtiyatlarının demək olar ki, yarısını dondurub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
50
milli.az

10Mənbələr