AZ

ABŞ-dan şok proqnoz: 50 ildən sonra Ukrayna olmayacaq və...

ABŞ Kiyevə xəyanət etdi, nəticədə 50 ildən sonra Ukraynadan heç nə qalmaya bilər.

Publika.az xəbər verir ki, bu fikirləri məşhur amerikalı jurnalist Taker Karlson ABŞ-ın keçmiş prezidenti Donald Trampın oğlu ilə söhbəti zamanı deyib:

“Onlar artıq Ukraynada torpaqları xarici investorlara satırlar, Ukraynanı "üçüncü dünya"dan olan miqrantlarla dolduracaqlar və Ukrayna 50 ildən sonra mövcudluğunu dayandıracaq. Heç bir ölkə onlara bizim kimi xəyanət etmədi”.

Kiçik Tramp isə Vaşinqtonun “Ukraynada qələbə” deyərkən nə demək istədiyini başa düşmədiyini vurğulayıb.

“Ukraynada qələbənin nə demək olduğunu heç kim izah etmir. Bunun mənası nədi: Söhbət ukraynalıların və rusların hamısı məhv olana qədər həlak olmasından gedir”, - deyə keçmiş prezidentin oğlu deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
50
publika.az

10Mənbələr