AZ

ABŞ-dan şok proqnoz: 50 ildən sonra Ukrayna olmayacaq və...

ABŞ Kiyevə xəyanət etdi, nəticədə 50 ildən sonra Ukraynadan heç nə qalmaya bilər.

Turkustan.az xəbər verir ki, bu fikirləri məşhur amerikalı jurnalist Taker Karlson ABŞ-ın keçmiş prezidenti Donald Trampın oğlu ilə söhbəti zamanı deyib:

“Onlar artıq Ukraynada torpaqları xarici investorlara satırlar, Ukraynanı "üçüncü dünya"dan olan miqrantlarla dolduracaqlar və Ukrayna 50 ildən sonra mövcudluğunu dayandıracaq. Heç bir ölkə onlara bizim kimi xəyanət etmədi”.

Kiçik Tramp isə Vaşinqtonun “Ukraynada qələbə” deyərkən nə demək istədiyini başa düşmədiyini vurğulayıb.

“Ukraynada qələbənin nə demək olduğunu heç kim izah etmir. Bunun mənası nədi: Söhbət ukraynalıların və rusların hamısı məhv olana qədər həlak olmasından gedir”, - deyə keçmiş prezidentin oğlu deyib.

Xatırladaq ki, Karlson əvvəllər bildirmişdi ki, Amerika xarici siyasət idarəsi son 20 ildə Rusiya ilə hərbi münaqişənin mümkünlüyü barədə düşünür. Jurnalist hesab edir ki, Ukraynadakı vəziyyəti Vaşinqtonun öz gücünü xaricdə nümayiş etdirmək üçün sonuncu cəhdi hesab etmək olar, lakin bu, uğursuzluğa düçar olub. (publika.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
50
turkustan.az

10Mənbələr