AZ

Abituriyentlərin qeydiyyatı başa çatdı

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin I cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu başa çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Dünən saat 09:00-a olan məlumata əsasən, I ixtisas qrupu üzrə 29 230, II qrup üzrə 23 163, III qrup üzrə 24 499, IV qrup üzrə isə 5 804 abituriyent elektron ərizəsini təsdiq edib.

Qeyd edək ki, abituriyentlər dünən saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməli idilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
168
49
Mənbələr
Şərh ()
Bağla