AZ

Qəzzada ölənlərin sayı 35 minə çatıb

İsrailin ölüm yağdırdığı Qəzzada can itkisi 34 min 735, yaralıların sayı isə 78 min 108-ə yüksəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Açıqlamada İsrail ordusunun son 24 saatda Qəzzanın müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda 5 qırğın törətdiyi, hücumlarda daha 52 fələstinlinin həyatını itirdiyi, 90 fələstinlinin isə yaralandığı bildirilib.

Açıqlamada dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi vurğulanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
149
33
operativmm.az

10Mənbələr