AZ

Göyçayda kəsici-deşici alətlər aşkarlanıb – FOTO + VİDEO

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları kəsici-deşici alətlərin satışının qarşısının alınması  istiqamətində tədbirlər həyata keçiriblər.

Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, şəhər ərazisində yerləşən 4 mağazadan ümumilikdə 82 ədəd xəsarət yetirmək təyinatına malik, satış üçün nəzərdə tutulan bıçaq və digər kəsici-deşici alətlər aşkar olunaraq götürülüb.

Maddi sübut kimi götürülən həmin soyuq silahlarla bağlı müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir.

FOTO QALEREYA
Seçilən
85
50
avtosfer.az

10Mənbələr