AZ

Bakıda qəza metronun iki stansiyası istiqamətində sıxlığa səbəb oldu - FOTO- YENİLƏNİB

Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospektindəki (Poladəritmə zavodunun qarşısında) köməkçi yolda baş verən avtoqəza zamanı iki nəfər xəsarət alıb.

Avtosfer.az xəbər verir ki, bu məlumatı Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli deyib.

O qeyd edib ki, hadisə bu gün saat 11:20-də baş verib.

"Hadisənin baş verməsinə səbəb 99-GF-129 dövlət nömrə nişanlı "Mercedes" markalı nəqliyyat vasitəsinin idarəetmədən çıxaraq 50-CA-704 dövlət nömrə nişanlı VAZ-2104 markalı nəqliyyat vasitəsinə çırpılması olub. Nəticədə hər iki nəqliyyat vasitəsinin sürücüsü xəsarət alıb.

Hazırda faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır", - deyə T.Nəsirli bildirib.

***

12:26

Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospektindəki (Poladəritmə zavodunun qarşısında) köməkçi yolda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, qəza səbəbindən həm metronun "Koroğlu", həm də "20 Yanvar" stansiyaları istiqamətində sıxlıq yaranıb.

FOTO QALEREYA
Seçilən
93
1
avtosfer.az

10Mənbələr