AZ

Böyük Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılıb

Böyük Britaniyanın Moskvadakı səfiri Naycel Keysi bazar ertəsi Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bizimyol.info xəbər verir ki, bu barədə ölkə mətbuatına Rusiya diplomatik idarəsindən məlumat verilib. "Böyük Britaniya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb", - deyə nazirlikdən qeyd edib. Britaniya səfirinin çağırılmasının səbəbi açıqlanmır. Mayın 2-də "Reuters" Britaniyanın xarici işlər naziri Devid Kemeronla müsahibəsini dərc edib və o, Ukraynanın Rusiya ərazisində Britaniya silahları ilə hədəfləri vurmaq hüququna malik olduğunu iddia edib. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
1
bizimyol.info

10Mənbələr