AZ

Bakıda toydan çıxan qadınları maşın vurdu: Ölən var – VİDEO   

Bakıda ağır yol qəzası baş verib. 

Referans.az “qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə dünən saat 22:40 radələrində Nizami rayonu ərazisində qeydə alınıb. 

Belə ki, Cavad Ələkbərov idarə etdiyi “Kia” markalı avtomobillə “Altun” şadlıq sarayındakı toy mərasimindən çıxaraq yolu keçməyə çalışan 1961-ci il təvəllüdlü Gülarə Əfəndiyeva və 1959-cu il təvəllüdlü Kəmalə Bağırovanı vurub. 

Ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə aparılan qadınlardan G.Əfəndiyeva az sonra vəfat edib. K.Bağırovanın müalicəsi davam etdirilir. 



Faktla bağlı Nizami RPİ-də cinayət işi açılıb, araşdırma aparılır. 
 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
13
oxu.az

10Mənbələr