AZ

Toydan çıxan qadınları maşın vurdu -Biri öldü - VİDEO

Bakıda ağır yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, hadisə dünən saat 22:40 radələrində Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, Cavad Ələkbərov idarə etdiyi “Kia” markalı avtomobillə “Altun” şadlıq sarayındakı toy mərasimindən çıxaraq yolu keçməyə çalışan 1961-ci il təvəllüdlü Gülarə Əfəndiyeva və 1959-cu il təvəllüdlü Kəmalə Bağırovanı vurub.

Ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə aparılan qadınlardan G.Əfəndiyeva az sonra vəfat edib. K.Bağırovanın müalicəsi davam etdirilir.

Faktla bağlı Nizami RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
13
redaktor.az

10Mənbələr