AZ

Madonna ən böyük pulsuz konsertini verdi

Dünya şöhrətli amerikalı müğənni Madonna karyerası ərzində ən böyük pulsuz konsertini verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Le Mond" nəşri məlumat yayıb.

Məlumata görə, Madonnanın Rio-de-Janeyrodakı məşhur Kopakabana çimərliyindəki konsertinə 1.5 milyon tamaşaçı toplaşıb.

"Tamaşaçılar qumda, dənizdə, onlarla qayıqda oturaraq konsertdən həzz almağa çalışıblar. 65 yaşlı amerikalı pop ulduzu "Şənlik turu" ("The Celebration Tour") proqramını başa vurdu", - məlumatda qeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
5
bakivaxti.az

8Mənbələr