Dünya şöhrətli amerikalı müğənni Madonna karyerası ərzində ən böyük pulsuz konsertini verib.
Axar.az xəbər verir ki, bu barədə “Le Mond” nəşri məlumat yayıb.
Məlumata görə, Madonnanın Rio-de-Janeyrodakı məşhur Kopakabana çimərliyindəki konsertinə 1.5 milyon tamaşaçı toplaşıb.
“Tamaşaçılar qumda, dənizdə, onlarla qayıqda oturaraq konsertdən həzz almağa çalışıblar. 65 yaşlı amerikalı pop ulduzu “The Celebration Tour” proqramını başa vurdu”, - məlumatda qeyd olunub.