AZ

Cənubi Koreya ordusu ABŞ-ın kiber təlimlərində iştirak edəcək

Koreya Respublikasının Kiber Əməliyyatlar Komandanlığının doqquz üzvü ABŞ-ın ev sahibliyi etdiyi çoxtərəfli təlimdə iştirak edəcək.

Day.Az xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, təlimlər mayın 5-dən mayın 11-dək Virciniya ştatında baş tutacaq. Təlim 2011-ci ildən etibarən hər il təşkil olunur ki, ABŞ-ın, onun müttəfiqlərinin və tərəfdaşlarının kiberməkanda təhlükələrə qarşı mübarizə imkanlarını gücləndirmək, beynəlxalq əməkdaşlıq və məlumat mübadiləsində ahəngdarlığı artırmaqdır.

Koreya Respublikası üçüncü dəfədir təlimlərə qatılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
31
Mənbələr
Şərh ()
Bağla